İstehlakçı stomotoloji xidmət sahəsində aldadılıb.
Söhbət Suraxanı rayonu Bahar qəsəbə sakini Könül Rzayevadan gedir. Hövsan qəsəbəsi, Bünyad Sərdarov 12 ünvanda yerləşən “CM Dental Studio” stomotoloji klinikanın stomotoloqu Elburus Cəniyev tərəfindən hüquqları pozulmuş xanım Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edib.
Cebhe.info xəbər verir ki, bu barədə məlumatı AİB-in rəhbəri Eyyub Hüseynov verib.
İstehlakçının Azad İstehlakçılar Birliyinə müraciətini təqdim edirik:
“27.04. 2017-ci il tarixdə aşağı sol dişimi müalicə etdirmək məqsədilə yaxınımla Elbrus Cəniyevin qəbuluna getdim. Həkim dişımin kiçik sınığına baxıb, müalicə etmək yox, yanındakı saf dişi də yonub körpü qoymaq məsləhətı gördü. İsrarıma baxmadan o, məni inandırdı ki, məhz belə lazımdır. İki sağlam dişimi də yondu və müxtəlif bəhanələrlə həmin dişləri çıxartdı. Sonra İçəri Şəhərdə, Axundov bağında yerləşən ofisində məni qəbul edib, keyidici iynə vuraraq xəbərsiz cənəmə 2 şrup bağlayıb. Guya implant qoymaq istəyib. Sonradan şrupu ayrı həkimə çıxartdırdım. Körpünü dişimə qoydu, məndən 300 AZN pul aldı və hec bir rəsmi sənəd vermədi. Tezliklə qoyulan körpü problemlər yaratdı. Dişim şişdi, cıxartmaq üçün ondan xahiş etsəm də bunu etmədi, cox əzab çəkdim dözə bilməyib nəhayət başqa həkimə müraciət etdim və körpünü çıxartdırdım. İl yarım ərzində dəfələrlə Elbursa zəng edib pulumu tələb etsəm də, o mənə qeyri-etik təkliflər edərək, inkar çavabı aldığı üçün məni ardıçıl təhqir etdi. Bir sözlə pulumu vermədi, mənə maddi və mənəvi zərər vurdu.Hazırda körpü may ayından çıxarılıb və dişlərimi də həkim çox pis vəziyyətə salıb.
Xahiş edirəm stomotoloji xidmət sahəsində pozulmuş istehlakçı hüququmu qoruyasınız, ödədiyim 300 AZN mənə qaytarılsın, çoxsaylı sağlam dişlərimi yaramaz hala salmış bu həkim barədə dövlət orqanlarına və mediaya məlumat verəsiniz.
Eyyub Hüseynov onu da əlavə edib ki, şikayətı danışıq yolu ilə (mediasiya) həll etməyə çalışsa da, mümkün olmayıb. Lazım olan bütün hüquqi addımları atıb. Amma həkim hüquq müdafiəçisini günahlandırıb.