“Rəsul ilə Xananı eşitmişik, amma onlar müğənni deyil. Onları ifaçıların sırasına daxil etmək doğru olmaz. Layihələri kommersiya baxımından ərsəyə gəlib”.
Redaktor.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olan Sevil və Sevinc bacıları deyib. Digər qonaq Nurlan Təhməzli isə ortada heç bir musiqinin olmadığına görə, sözügedən insanlar haqqında fikir bildirməkdən imtina edib.
Qeyd edək ki, Xana ilə Rəsul adlı vaynerlər sosial şəbəkədə aktivlik nümayiş etdirərək, trendə düşürlər.