Rusiya Premyer Liqasının "Rostov" klubunda çıxış eliyən Ayaz Quliyev Azərbaycan yığma komandasına gəlib-gəlməyəcəyi haqda açıqlama verib.
Millitv.Az goal.az-a istinadən xəbər verir ki, rus futbolunun ən parlaq gənc futbolçularından biri olan Ayaz AFFA-nın ona belə bir təklif göndərmədiyini bildirib. Gələcəkdə belə bir təklif olarsa o, hansı qərar verib verməyəcəyini özündən asılı olmayacağını bildirib.
Rusiyanın futbol ekspertləri və azarkeşləri isə Ayaz Quliyevə Ramil Şeydayevin etdiyi "səhvi" etməməyə çağırıblar və Rusiya yığma komandasında çıxış etməyi tövsiyə ediblər.
Xatırladaq ki Ayaz Quliyev hal hazırda Rusiya yığmasının gənclərdən ibarət yığma komandasının üzvüdür.