Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la oyunlarda mübarizəni dayandıran Massimilano Alleqrinin Turin klubundan göndəriləcəyi gözlənilirdi.
Futbol11.az xəbər verir ki, klubun vitse-prezidenti Pavel Nedved Alleqrinin daha bir mövsüm klubda qalacağını deyib: "Alleqri gələn mövsüm də klubda qalacaq. Müqaviləsi davam edir və hər şey qaydasındadır".
Qeyd edək ki, Alleqri "Yuventus"u 2014-cü ildən çalışdırır.