Axtarış...

“Neftqaztikinti” Tresti ilə bağlı yeni iddialar... - Mirkasım Abasov bu neçə illərdə onu himayəsində saxlayardımı?

“Neftqaztikinti” Tresti ilə bağlı yeni iddialar... - Mirkasım Abasov bu neçə illərdə onu himayəsində saxlayardımı?

Aktualinfo.org onlayn qəzet bu günlərdə Dövlət Neft Şirkətinin struktur vahidinə daxıl olan “Neftqaztikinti” Trestində baş verənlərlə bağlı yaydığı silsilə araşdırma yazılardan sonra haqq öz yerini tapıb. Belə ki, dünən “Neftqaztikinti” Trestinin insan resursları (kadrlar şöbəsi) şöbəsinə on il saxta diplomla rəhbərlik etmiş Sevinc Mollayevanın tutduğu vəzifədən çıxarılması barədə məlumat aldıq Bu təqdirə layiq bir haldır.Bu minlərlə ali təhsilli neftçılərə qarşı olunan haqsızlığın bərqərar olması deməkdir.

Bunlar öz yerində. Lakin on il ərzində dövlətdən layiq olmadığı əmək haqqı almış Sevinc Mollayevanın Əmək Məcələsinin təlləblərini pozduğuna görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ölçüni kim götürülməlidir? Sevinc Mollayevanın törətdiyi cinayətdən belə asanlıqla yaxa qurtarması nə dərəcədə qanuna uyğundur. Bəs onu saxta diplomla dövlət müəsisəsində məsul vəzifəyə təyin etmiş müdir Mirkazım Abasov necə, məsuliyyət daşımırmı? Maraqlıdır, görəsən Mirkazım Abasov kadrlar şöbəsində çalışan Sevinc Mollayevanın ali təhsilinin olmadığını bildiyi halda, ona Trestdə yüksək vəzifə verməkdə məqsədi nə olub? Sual yaranır, ola bilərmi ki, elə Müəllimlər İnstitutu Gəncə filialının saxta diplomunu ona elə Mirkazım Abasovun özü təşkil edib? Əgər belə olmasaydı Mirkasım Abasov bu neçə illərdə onu himayəsində saxlayardımı? Əmək Məcəlləsinin tələblərinə görə, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək məhz Mirkazım Abasovun, yaxud da Dövlət Neft Şirkətinin üzərinə düşür. Görəsən Mirkazım Abasov Sevinc Mollayevanın dövlətə vurduğu maddı ziyanın ödənilməsi üçün nə kimi tədbirlər görüb? Mirkazım Abasov tədbirlər görməsə də aidiyyatı orqanlar inanırıq ki, qanun çərçivəsində tədbirlər görəcəklər. Bu cinayətn araşdırılması Respublika Baş Prokurorluğunun salahiyyətləri daxılındədir. Bu məsələyə görəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də münasibət bildirməlidir.Təbii ki, Maliyyə Nazirliyi Maliyyə Nəzarəti Xidməti və digər səlahiyyətli qurumlar da həmçinin.

Qeyd edək ki, “Neftqaztikinti” Trestində Mirkazım Abasovun qanunsuz əməlləri bununla bitmir. Bu il yanvar ayının 21 də, səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 km-də Göyçayın Şahsoltanlı kəndi yaxınlığında ağır yol nəqliyyat hadısəsinin baş verməsi barədə bütün elektron kütləvi informasıya vasitələri məlumat yaymışdı. Məlumatda minik və yük avtomobillərinin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Ağsu rayon sakini, Vəliyev Ziyad Əmrah oğlu, 1973-cü il təvəllüdlü Ağsu rayon sakini Mehman Cavadov, Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Qinyaz Vaqif oğlu, Ağsu sakini, 1970-ci il təvəllüdlü Qaçayev Bünyad Əli oğlu, Göyçay rayon Xəlitli kənd sakini Məmmədov Rəşad Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilirdi. Məlum hadisədən sonra “Neftqaztikinti” Trestinin işçisi olmuş və hadısədən sonra dünyasını dəyişmiş Mehman Cavadovun hadısə zamanı əslində harada olması istintiq orqanları tərəfindən görəsən araşdırılıbmı? Bu hadisə görəsən “Neftqaztikinti” Trestində necə ört-basdır edilib?Araşdırmalarımız davam
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz