Dünən informasiya yayıldı ki, Xətai rayon İH başçısı postuna təyinat gözlənilir. Qeyd edə ki, buna qədər də Razim Məmmədovun gedişindən sonra sözügedən vəzifəyə kimlərinsə təyin olunacağı haqda müxtəlif iddialar səslənmişdi.
DİA.AZ-a daxil olan məlumatda isə mənbə vurğlayır ki, ümumiyyətlə, bu ayın ilk iki dekadası ərzində dəyişikliklər gözlənilir və təkcəyeni təyinalar olmayacaq, eləcə də Bakının Sabunçu, Pirallahı rayonlarının, eləcə də Ağsu, Şəmkir, Lənkəran və Qusar kimi rayonların da rəhbərləri dəyişdiriləcək.
Mənbənin dia.az-a söylədikləri: "Ağsu və Şəmkir rayonlarının başçılarının təkrarən etimada layiq görülməsi gözlənilən deyil. Eləcə də, hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşovun da yenidən hansısa posta göndərilməsi mümkün görünmür. Çünki Qaraşpoun səhhətindəki cidi problemlər onun bu gün də işləməsini çətinləşdirir. Qusarın başçısına gəlincə isə, şair Alxasovun yeni vəzifəyə göndəriləcəyi, hətta ola bilsin ki, Bakının Xətai rayonuna gətiriləcəyi belə gözləniləndir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...