Axtarış...

BTQ üçün nəzərdə tutulmuş “Stadler” sərnişin qatarı Gürcüstandan Bakıya yola düşüb

BTQ üçün nəzərdə tutulmuş “Stadler” sərnişin qatarı Gürcüstandan Bakıya yola düşüb

Azərbaycanın təşəbbüsü və maliyyəsi ilə İsveçrədən alınan “Stadler” sərnişin qatarı martın 28-də Gürcüstandan Azərbaycana yola düşüb.

AZƏRTAC xəbər verir ki, qatar Gürcüstana martın 27-də Türkiyə ərazisindən daxil olmuşdu.

Qatar Gürcüstana keçdikdən sonra Tbilisiyə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edib.

Qeyd edək ki, Axalkalaki dəmir yolu Avropa standartlarına uyğun relslərlə birləşdirilib. “Stadler” qatarının hər iki hissəni maneəsiz qət etmək imkanı var.

Məlumat üçün qeyd edək ki, BTQ dəmir yolu vasitəsilə sərnişinlərin daşınmasına bu il başlanılması nəzərdə tutulub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz