Axtarış...

Qanunları Pozan Məmurlar Cəzalandırılsa, Məmurlar təmiz İşləməyə vadar olar.- T.Cəfərli

Millitv.az redaksiyasının təhlil layihəsinində son aylar yeni faliyyətə başlamış AMAC – Hərəkatının lideri Tahir Cəfərli sullarmızı cavablandıracaq.



Qanunları Pozan Məmurlar Cəzalandırılsa, Məmurlar təmiz  İşləməyə vadar olar.- T.Cəfərli


Bildirmək istəyirik ki, aktiv siyasi fəaliyyətə 2019–cu ilin əvvəlindən başlayan AMAC hərəkatı qısa zaman ərzində cəmiyyətdə ki , siyasi gedişləri ilə özünə böyük nüfuz qazandı .Siyasi texnologiyaların yeni üsullarından istifadə etməklə hal-hazırda siyasi nüfuz qazanılması hər şeydən əvvəl sosial şəbəkələr və internet vasitəsi ilə əlaqələndirmək olar. Azərbaycanın siyasi səhnəsində aktiv fəaliyyətini AMAC – Hərəkatı öz elektoratına və Azərbaycan cəmiyyətinə hər gün yeni təklif və layihələri ilə ilə gündəmə gəlir.


Hörmətli izləyicilərimiz bütün deyilənləri və yazılanları nəzərə alaraq, AMAC Hərəkatının son günlərdəki fəaliyyətini sizlərə çatdırmaq üçün hərəkatın lideri Tahir Cəfərli ilə görüşüb söhbətləşdik.


--- Tahir müəllim AMAC – hərəkatının məqsədi məramı və hərəkatın adının mənası nədir?

AMAC – sözü məqsəd deməkdir Bildirmək istəyirəm ki, AMAC hərəkatı bu gün ölkəmizdə yaranan ən sağlam siyasi qüvvələrin biridir .Uzun illərdir fəaliyyətdə olan siyasi təşkilatlar Azərbaycan xalqının maraqlarını yox klanlarının, yerlilərinin, və qohum əqrəbalarının maraqlarından çıxış edirlər . Bax buna görə də xalqımız bu siyasi təşkilatlardan üz çevirərək bütün siyasi proseslərdən kənara çəkilib. Siyasi proseslərdən kənara çəkilən xalq əlbəttə ki, öz hüquqlarını müdafiə edə bilməz . Gəlin razılaşaq ki, xalqımızın siyasi passivliyinin səbəbi yalançı demokratiya oyunları oynayan siyasi təşkilatlar və partiyalardır. Onların söz azadlığı, demokratiya və s. sözləri xalqı qıcıqlandırır. Odur ki, xalqımız heç bir siyasi təşkilatlara və partiyalara Xalq çox yaxşı bilir ki, mövcud siyasi partiyaların başında vaxtıikən demokratiya adıyla Qarabağı ermənilərə verənlər durublar və bu gün öz klanlarını müdafiə edirlər. Bunlar xalqın sosial problemlərinin həlli ilə bağlı bir kəlmə də demirlər, çünki oynadığı siyasi oyunun mahiyyəti Azərbaycanda qarşıdurma yaratmaqdır. Maraqlısı budur ki, onlar Azərbaycan dövlət maraqlarından deyil, hansısa xarici dövlətin və təşkilatların tapşırığını yerinə yetirlər. Bu gün dövlətin maraqlarından çıxış etməmək, stabilliyi qorumamaq xəyanət kimi baxılmalıdır.


AMAC Giosiyasi Təhdiqatlar Mərkəzinin Analitikləri tərəfindən yaranmış bir siyasi hərəkatdır



--- Bəs AMAC – bu proseslərdə nə kimi çıxış edir?

2019 – ci ilin yanvar ayında fəaliyyətdə olan Giosiyasi Tədqiqatlar Mərkəzinin nəzdində belə bir hərəkatın yaranmasına qərar verdik.

--- Birdən birə size nə vadar etdi ki, belə bir təşkilatın yaratmağa qərar verdiz?

Bilirsiz 2018 – ci ildən biz görürdük ki, Azərbaycan dövlətinin mövcud olmasına qarşı Qərb ölkələri açıq təxribatlara əl atırdılar. İnsan hüquqları, söz azadlıqları və s. geosiyasi oyunlarına mövcud siyasi təşkilatlar və partiyaları qatırdılar. Qərbdən maliyyələşdirilən bu təşklatlar, əlbəttə ki, Qərbin oyunlarını oynayırdılar. Odur i, Azərbaycanın siyasi səhnəsi zibillənmişdi. Azərbaycan cəmiyyəti bu cür partiya və təşkilatlardan uzaqlaşmalı, yeni qüvvə ətrafında birləşməli idi.Azərbaycan dövlətini və dövlətçiliyini qorumaq üçün yeni, sağlam qüvvələrin birləşdiyi xalq hərəkatının vacibliyi hiss olunurdu. Azərbaycanın sağlam düşüncəli ziyalıları bu funksiyanı öz üzərilərinə götürdülər. Yenə də Azərbaycan cəmiyyətində başqa ölkələrinin maraqlarından çıxış edən partiyalar aktivləşmişdi. Vəziyyət o dərəcəyə çatmışdı ki, bəzi partiya, təşkilat liderləri Azərbaycan respublikasını, dilini inkar edirdilər. Hətta bəzi deputatlar ya Rusiya, ya Türkiyə ilə birləşməyi də təklif edirdilər. Bu da ondan irəli gəlirdi ki, Azərbaycanın dövlətçilik ideologiyası yox idi. Daha doğrusunu desək vardı, ancaq ölkənin saxlama mexanizminin də dövlətçilik ideologiyası olduğunu indiyə qədər çoxları anlamır.


--- Nə üçün bunu edirlər?

Burada siyasi məqsəd xarici dövlətlərin maraqlarından çıxış etməkdir və ölkəmizə göztutmuş ölkələrin maraqlarını ortaya atmaqdır. Əlbəttə ki, biz müstəqilliyə ona görə çıxmamışıq ki, Azərbaycanı yenə də gedib, başqa dövlətin quyruğuna bağlayaq. 2 mart 1992-ci ildə dünyanın siyasi xəritəsinə Unitar Azərbaycan respublikası özünə yer alıb və Azərbaycan 20-ci əsrin sonunda ilk dəfə müstəqillik qazanıb.


--- Bəs 1918 – ci il ?

1918 – ci ildə Müstəqilliyimizi Rusiyanın tərkibində Oftonomiya kimi qəbul ediblər. Paris sonra Genuya konfranslarının materiallarını araşdırsaq görərik ki, bizə təqdim edilən tarix başdan-ayağa yalandır.28 may 1918 – ci ildə Azərbaycanın dövlət kimi formalaşmasına elə insanların xidmətləri olub ki, onların adı heç bir yerdə çəkilmir elə adamların adı çəkilir ki onlar sonradan Azərbaycanı Rusiyaya təhvil verdilər.


--- Çox maraqlıdır.

2 mart 1992 – ci il tarixində BMT- Azərbaycan Respublikasını İnkişaf etmiş ölkə kimi qəbul etmişdi. Bu tarix Azərbaycan xalqının ən böyük səhifəsidir. Çox təəssüflər olsun ki, üstündən bir il keçəndən sonar bizim inkişaf etmiş respublikamız çevrilib oldu ən geridə qalmış ölkə 1992 – cü ildə xalq, millət, dövlət,azadlıq, demokratiya deyənlər hakimiyyətə gəlmək üçün Qarabağı ermənilərə satdılar və ölkəni acınacaqlı bir vəziyyətə saldılar.Bu günə qədərdə düzəldə bilmirik. Yəni inkişaf etmiş ölkə dedikdə Fransa ,Yaponiya, Almaniya, İngiltərə və ABŞ – a bənzər bir dövlət idik, əfsuslar olsun ki, bir ilin içində hər şey dağılıb məhv oldu.


--- Tahir müəllim Qarabağ məsələsinə AMAC hərəkatının münasibəti?

Azərbaycana qarşı erməni təcəvüzü qöz qabağındadır. Bu məsələ bizim üçün əsas prioritet məsələdir. Torpağımızı geri qaytarmaq əsas prioritet məsələ olsa da, ermənilər bizi ideoloji müharibədə üstələməyə çalışırlar. Məsələn ermənilər bütün dünyaya isbat etmək istəyirlər ki, Azərbaycan Milləti ,Azərbaycan Mədəniyyəti , Azərbaycan dövləti yoxdur, ümumiyyətlə Azərbaycan 1918 – ci ildə ortalığa çıxmış bir anlayışdır. Bu barədə ermənilər kitablar yazırlar, konfranslar keçirirlər və təbliğat aparırlar. İşin ən pisi odur ki, bəzi fərdlər bilərəkdən və yaxut bilməyərəkdən erməni dəyirmanın su tökürlər. Məsələn, ermənilər isbat etyməyə çalışırlar ki, Azərbaycanlılar gəlmədir. Həmin fərdlərində , kökü cəbhəçi olanlar, ali məktəblərdə Orxan Yensey abidələrini tədris edirlər. Bu abidlərin Azərbaycana nə dəxli.? Ermənilər bunu bayraq tutub. dünaya bəyan edirlər: baxın özləri deyirlər ki, biz Altaydan gəlmişik. Biz mövzudan uzaqlaşdıq. AMAC Qarabağdan siyasi məqsədlər üçün heç vaxt istifadə etməyəcək, onu ermənilərə verənlərə qarşı mübarizə aparacaq, həqiqəti xalqa çatdıracaq, Qarabağı azad etmək üçün bütün dünya azərbaycanlılarını səfərbər edəcək.


Qarabağın azad olunması, daxildəki düşmən qüvvələri ilə mübarizədən başlamalıdır.



--- Siz Azərbaycançılığı yüksəklərə qaldırırsız!

Azərbaycan onun dövlətini yaradan xalqların birliyidir. Bu birlik isə çox dərin mənəvi dəyərlər üzərində qurulub.

--- Azərbaycanlıları birləşdirən və onları başqa millətlərdən fərqləndirən mənəvi dəyərlər hansılardır?

Böyük-kiçiklik, haya-abır, namus-qeyrət, bidə vicdan. Budur Azərbaycan xalqlarını bir yumruq kimi birləşdirən mənəvi dəyərlər. Bunlar olmayan fərdi azərbaycanlı adlandırmaq günahdır. Biz Azərbaycanlıları başqa millətlərdən fərqləndirən qeyri-adi keyfiyyətlər bunlardır. Bu keyfiyyətləri olmayanları insan adlandırmağa belə dəyməz. Azərbaycanlı olmaq, bu keyfiyyətlərə malik olmaq deməkdir. Azərbaycan dövlətinin təməl daşı bu keyfiyyətlər üzərində qururlub. Biz bu keyfiyyətləri gənclərimizə başa salsaq, köklərimizə qayıtmış oluruq. Azərbaycan dövlətini bu keyfiyyətlərə malik olan insanlar qoruya və inkişaf etdirə bilərlər. Əfsuslar olsun ki, bu mənəvi dəyərləri təbliğ nə bir qəzetimiz, nə bir tele kanalımız, nə də radiomuz var. Mediamız “dünya şöhrətli” mənəviyyatsız primitiv fərdlərin təbliği ilə məşğuldurlar.


--- Bu neqativ proseslərin qarşısını necə almaq olar?

Dövlətin bu işlərdə ideoloji mexanizmi olmalıdır. Mərhum prezident Heydər Əliyev Azərbaycançılıq məsələsinə çox diqqət ayırırdı. O, rəhmətə gedəndən sonra bu proses dayandı.


--- Niyə ermənilər istəmirlər ki, biz özümüzü azərbaycanlı adlandıraq?

Biz əgər özümüzü Azərbaycanlı adlandırsaq, onda ermənilər Qafqaza gəlmə xalqlardır, yox, əyər biz özümüzü türk adlandırsaq onda Qafqaza biz gəlmə xalq oluruq. Sizə deyim bütün dünya qəbul edib ki ,ermənilər Qafqaza nə vaxt gəlib, türklər nə vaxt.İran dövləti düşmən dövlətləri Turan adlandırırdı,bəzi insanlar isbat etmək istəyirlər Turandakılar ancaq türklər idi Bu primitiv millətçilikdən irəli gəlir.Turan İrana qarşı olan dövlətlər idi. Burada Hindistan da ,Çin də və İran ətrafında yaşayan xalqlar da daxil idi. Firdovsinin “Şahnamə” əsərindən başqa Turan deyilən ərazi və yaxud dövlət olmayıb. Şahnamədə açıq göstərilir ki, Turanda kimlər var idi. Bu kitabda İranını əhatə edən xalqlar arasında ermənilər yoxdur. Bu kitab isbat edir ki ,ermənilər bura gəlmədir. Onlar bu ərazilərdə əyər yaşamalı olsaydılar onların da adı Şahnamə əsərində çəkilərdi.


--- 2 -mart 1992 - ci ildə BMT Azərbaycanı nəyin əsasında tanıdılar?

1991 – ci il 18 oktyabrda biz öz müstəqilliyimizi elan edəndən sonar BMT – tı tərəfindən burada böyük bir komissiya işlədi . Bizim bütün respublikamızın ərazisində işləyən komissiyaya o vaxtlar mərhum dövlət katibi olmuş Tofiq İsmayılov, Müthəd Abbasov yaxından iştirak edirdilər. Komissiyanın apardığı araşdırmalarda Azərbaycanın xalqlarının mədəniyyətinin, dininin ən əsası gen birliyini əsas götürüb, belə qərara gəldilər ki, Azərbaycanda yaşayan müsəlman xalqlarını vahid əqidə və mənəviyyat birləşdirir. Onların dil fərqləri olsa da, hamı bir dildə Azərbaycan dilində danışır və bu dil ayrı-ayrı etnosları bir yumruq kimi birləşdirib. Komissiyanın bu elmi qərarı əsasında bizi Azərbaycan dövləti, Azərbaycan milləti, Azərbaycan dili, Azərbaycan xalqı kimi dünyanı siyasi xəritəsinə yazdılar. Fikir verin: indi Azərbaycanın düşmənləri ancaq yuxarıda göstərdiyimiz bu atributlara qarşı vuruşurlar. Bir azərbaycanlı kimi bilməliyik ki, kim Azərbaycan xalqlarını azsaylı, çox saylı adlandırırsa, o, Azərbaycanın düşmənidir, çünki Azərbaycan xalqlarının birliyini Azərbaycan Konstitusiyasının vətəndaşlıq prinsipi təmin edir. Bu prinsipdən kənara çıxanlar isə xalqlarımız arasında nifaq salanlardır.


--- Yadımdadır primitiv millətçilik xalqlarımızı parçalamışdı.

92-93-cü illərdə bu baş vermişdi. Azərbaycan xalqlarını birləşdirən Vətəndaşlıq prinsipi pozulmuşdu. Düşmən qüvvələr bundan istifadə edib, Azərbaycanı parçalamaq istəyirdilər. Ancaq bunlar baş tutmaq. Xalqlarımızın birliyini dilimiz, mədəniyyətimiz, mənəviyyatımız, dinimiz təmin etdi.


--- Milli mənəviyyata gəldikdə tezislərinizdə mənəviyyatın pozulması dövlətin tənəzülü kimi qeyd olunur.

Bizim üçün Azərbaycan xalqının mənəvi xüsusiyyətlərini qorumaq vacibdir. Mənəviyyatsiz cəmiyyətlər həmişə tənəzülə uğrayıb, batıb gedib. Azərbaycan məktəbi gənclərimizi bu dəyərlər üzərində tərbiyə etməkdir, bu elə Azərbaycançılığın bünövrəsidir. Dövlətini qoruyan xalq ilk növbədə mənəvi dəyərlərini qorumalıdır.
Bu dəyərlərin yeddi meyarı var və onlar xlqımızı başqa xalqlardan fərqləndirirlər.


--- Bunlar hansılardır?

Böyük -kiçiklik, namus- qeyrət, həya, abır və vicdan. Əgər bu meyarlardan biri pozulsa, xalq hissə - hissə milli əxlaqi dəyərlərdən uzaqlaşar. Bu gün insanların daima istifadə etdikləri televiziyalara baxın! Demək olar ki, sadaladığımız bu meyarların pozulması məqsədli şəkildə insanların evlərinə gətirirlər.


--- Siz yazdığınız tezislərdə Azərbaycanlı və qeyri Azərbaycanlı ifadələrini işlədirsiz.

Bayaq mən qeyd etdim ki , Azərbaycan xalqını digər xalqlardan ayıran 7 cəhət var: böyük-kiçiklik, namus-qeyrət, həya- abır və vicdan. Biz deyirik ki, kimdə bu cəhətlər yoxdursa, onu azərbaycanlı adlandırmaq günahdır. Və haqlıyıq da. Azərbaycanlı olmaq üçün bu cəhətlərə sahib olmalısan!


--- AMAC hərəkatının bu günkü iqtidara olan münasibəti necədir?

Azərbaycanın bütün vətəndaşları onunla razılaşmalıdırlar ki, ölkələrinin iqtidarı var. Bütün iqtidarlar kimi pis-yaxşı ölkəmizi idarə edir. Əlbəttə ki, müəyyən narazılıqlar var Bununla belə bu narazılıqları qeyri-sabitlik səviyyəsinə qaldırmaq lazım deyil. Əsası odur ki, bu narazılıqlara səbəb olan amilləri ortaya çıxarıb göstərmək lazımdır ki, ölkədə sabitlik olsun. İndiki siyasi şəraitdə AMAC bunun tezisləri vasitəsi ilə edir. AMAC çalışır ki ,çatışmayan cəhətləri aradan qaldırsınlar.
Fikir verin qanunların işləməməsi, şikayətlərə gətirib çıxarır,1 – ay bundan əvvəl Şamaxı rayonunda baş verən zəlzələdə prezidentə müraciət edən vətəndaşlar paçka –
paçka məktubları prezidentə verdilər bu onu göstərir ki, aşağıdakı məmurlar işləmir və ölkədə cəzasızlıq hökm sürür.

ABŞ – prezidenti olmuş Reyqanın 4 – illik hakimiyyəti ərzində ona cəmisi 4 yoxsa 5 şikayət ərizəsi daxil olmuşdu. Bu onun göstəricisidir ki, aşağılar qanunlara və verilən fərmanlara əməl ediblər. İnanın eyni halı Azərbaycanda da yaratmaq olar.


--- Necə ?

Cox sadə qanunu pozan məmurlar vəzifələrindən uzaqlaşdırılıb cəzalandırılsa .Qısa bir zaman ərzində məmur aparatı işləməyə başlayacaq və Prezidentə və Birinci Vitse-Prezidentin adına daxil olan şikayət ərizələrinin sayı yarıba – yarı azalacaq.


--- Bu gün Qərb və Şərqin arasında bir gərgnmlik hökm sürür biz daha çox hansı tərəfə istiqaməti seçməliyik?

Hər iki tərəflə qarşı balanslaşmış siyasətimizi davam etdirməliyik, çünki əyər Qərbdən imtina etsək, bizi devalvasiya, Şərqdən imtina etsək, Qarabağ məsələsində bizim əleyhimizə işləyəcək. Bu dövlətlərlə balanslaşmış siyasəti davam etdirmək lazımdır.


--- Vertual aləmdə daha çox aktiv olan AMAC hərəkatı bu günkü reallıqda regionlarda hər hansı bir aksiya keçerməyə qadirdirmi?

Birincisi biz iqtidardan narazı deyilik k,i aksiyada keçirək ,Biz AMAC olaraq regionlarda ona görə ocaqlarımızı yaradırıq ki , onların vasitəsilə baş verən məmur özbaşınalığına və regionların problemini sosial şəbəkələr vasitəsilə cəmiyyətə və iqtidara çatdıraq ki, problmlər həllini tapsın.


--- Tahir müəllim, AMAC hərəkatı iqtdarda olan bu günkü şəxslərin hansı birisini daha çox dəstəkləyir?

Mən onu deyə bilərəm ki , biz AMAC hərəkatı bir məmura kimin yaxşı – kimin pis olmasını deyə bilmərik. Biz mütəmadi olaraq apardığımız rəy sorğularına arxalanıb, xalqın münasibətini qeyd edə bilərik. Bu yaxınlarda apardığımız rəy sorğusunda: Nazarbayev kimi İlham Əliyev hakimiyyətdən getsə ölkəmizi kim idarə edəcək?- Mehriban xanım Əliyeva və yaxud Novruz Məmmədov sorğusunun nəticələrinin obyektivliyini bir adam belə şəkk edə bilməz, çünki Facebook sorğusu qədər dəqiq sorğu yoxdur. Müasir texnika bizə siyasətçiyə və onun fəaliyyətinə düzgün qiymət verir.


Qanunları Pozan Məmurlar Cəzalandırılsa, Məmurlar təmiz  İşləməyə vadar olar.- T.Cəfərli


Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva respodentlərin 96% səsini qazanmışdır. Bundan başqa şəhər sakinləri arasında 1000 şəxsin arasında keçirdiyimiz rəy sorğusunda Mehriban xanım Əliyeva böyük səs çoxluğu qazanmışdı. Bu onu göstərir ki Mehriban xanıma xalqımızın böyük rəğbəti vardır. Əgər bunu obyektiv sorğu təsdiq edirsə, niyə biz də xalqımıza qoşulmayaq? Onun da qeyd etməliyik ki, xalqımız onu sevir və ona inanır. Respublikamızın elə regionu yoxdur ki, Mehriban xanımın orada fəaliyyəti hiss olunmasın. Son illər ərzində tikilən məktəblər ,uşaq baxçaları, səhiyyə ocaqları, internatlar, qocalar evləri və s. onun fəaliyyətinin göstəriciləridir. Onun rəhbərliyi ilə respublikamızda keçirdiyi 3 möhtəşəm tədbirlərə baxın. Bütün dünya heyran qalmışdı.



--- Siz hərəkatın qısa zaman ərzində belə bir nüfuz qazanmasını necə əldə etdiniz ?

Burada elədə qəribə bir iş yoxdur. Siz indi dünyanın siyasi səhnəsinə diqqətlə baxsanız görərsiz ki, artıq dünyada siyasi təşkilatlar, partiyalar, ictimai birliklər və aktiv siyasi fəaliyyətlə məşğul olan insanlar öz fikir və təkliflərini müasir texnologiyaların vasitəsi ilə yayaraq, öz ətraflarına çoxlu tərəfdar toplayırlar. Yəni indiki müasir gəncliyin siyasi aktivistləri problemlərinin həllinə nail olmaq üçün küçələrdə , meydanlarda yox, internet və social şəbəkələrə üzü tuturlar. Biz də bu texnologiya vasitəsi ilə yüzminlərlə tərəfdaşlarımızı bir yerə toplamaqdayıq.


--- Siyasi texnologiyalar dedikdə Bəs AMAC Hərəkatı bu texnologiyaların hansı bir vasitəsindən istifadə edir?

Hələlik bütün fəaliyyət istiqamətimizi elə bayaq qeyd etdiyimiz kimi internetə yönəlmişik və onun imkanlarından geniş istifadə edirik. Misal üçün Azərbaycan xalqının dünyada mövcud olan və dünya xalqlarının istifadə etdikləri sosial şəbəkələrdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, bizim xalqımız daha çox Facebook sosial şəbəkəsindən istifadə edir. Elə biz də bunu nəzərə alıb AMAC – Hərəkatının Facebook səhifəsini yaratdıq və fikir və təkliflərimizi də bu səhifə vasitəsi ilə xalqa və cəmiyyətə çatdırdıq. Doğru dürüst və bu günün tələblərindən irəli gələn təklif ərimizi bəyənən insanlar qısa zaman ərzində özləri bizimlə əlaqəyə yaratdılar və hərəkata üzv olmaq istəklərini bildirdilər. Yaşadıqları rayonlarda, qəsəbələrdə, kəndlərdə AMAC – hərəkatının ocaqlarını yaratdılar və bu proses davam edir.


Tahir müəllim geniş müsahibəyə görə sizə təşəkkürümüzü bildiririk AMAC - hərəkatında müvəffəqiyyətlər diləyirik.

Müsahibəni apardı Rövşən Qasımov



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz