Axtarış...

Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb - “Bu kişi manyak imiş...”

Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb - “Bu kişi manyak imiş...”
Müğənni Əli Mirəliyev aparıcılıq etdiyi “Səhər-Səhər” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, 69 yaşlı ifaçı heyvansevərləri qıcıqlandıracaq çıxış edib.
O, ARB-nin efirində pişiyi 9-cu mərtəbədən yerə atdığını qeyd edib: “Yuxarı qalxıb pişiyi aşağı atmışam. Yerə düşən kimi heyvan ayağa qalxıb qaçmağa başlamışdı. Heyvansevərlər məni başa düşər ki, pişik yuxarıdan aşağı düşəndə sağ qalır”.
Mirəliyevin qalmaqallı açıqlamasına digər aparıcı Elgiz Əkbər "Bu kişi manyak imiş", - deyərək etirazını bildirib. Proqramın qonağı, əməkdar artist Nahidə Orucova da müğənninin bu addımını pisləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz