Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib.
Sfera.az-ın məlumatına görə, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri vəzifəsindən azad edilib.
Keçmiş komitə sədrini həminpostda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Ticarət Palatasının rəhbəri kimi fəaliyyət göstərən Elnur Əliyev əvəzləyib.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illikyubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib