Axtarış...

Bəxtəvər fransıza qızıl dolu göndəriş gəldi

Bəxtəvər fransıza qızıl dolu göndəriş gəldi

Həyat yoldaşı üçün çimərlik geyimi sifariş verən fransıza poçtla qızıl sikkələr və külçələrdən ibarət göndəriş gəlib. Göndərişdə yer alan qızılların ümumi məbləği 20 min avroya yaxındır.

Bu barədə Fransanın “Le Point” qəzeti məlumat yayıb.

27 yaşlı Jülyen Şanyo Van şəhərində yaşayır. Poçt göndərişinə təəcüblənməyib, çünki internet üzərindən sifariş verdiyi malın gəlişini gözləyib. Ancaq qapısının ağzına gələn irihəcmli bağlama onu mat-məəttəl qoyub.

Bağlamanı açan zaman onun qızılla dolu olduğu ortaya çıxıb: luidorlar, XX əsrə aid sikkələr və külçələr (ümumilikdə 700 qram qiymətli metal).

Fransız bunun texniki bir səhv ucbatından baş verdiyini düşünüb və bağlamı şəhər komissarilığına aparıb. Yerli hüquq-mühafizə orqanları əsl yük sahibinin kimliyini müəyyən edərək, onunla əlaqə saxlayıb.

Dürüst Şanyo səhv gələn bağlamanı qaytarsa da, həyat yoldaşının sifariş verdiyi çimərlik geyimini hələ də əldə etməyib. O, artıq mart ayında həyat yoldaşı ilə Vyetnamın sahilyanı kurortuna səyahət etməyi planlaşdırır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz