Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sənət dünyasının nümayəndələri ilə görüş keçirib.
“Ölkə.Az” xəbər verir ki, prezident sarayında keçirilən tədbir 1 saat 10 dəqiqə davam edib. Prezident kino barədə yeni qanunu imzalayıb.
“Eşkiya dünyaya hükümdar olmaz” serialının baş rol ifaçısı Oktay Kaynarca prezidentlə görüşüb. O, Ərdoğanla səmimi söhbət əsnasında “Bizim serialımızı izləmirsiniz deyəsən. Dövlət Baxçalı hər zaman bizim serialdan danışır” deyib.
Ərdoğan isə “Elə şey olarmı? Mən də izləyirəm” cavabını verib. Sonra isə Ərdoğan söhbət əsnasında serialda Kaynarcaya “rəis” deyə xitab edildiyini xatırladıb “Burada bir rəis var” deyə zarafat edib.