Axtarış...

Beyləqanda nonsens: ƏMDK–nin göstərişləri məhkəmə qətnaməsindən üstündür?!...

Beyləqanda nonsens: ƏMDK–nin göstərişləri məhkəmə qətnaməsindən üstündür?!...

Bir neçə gün öncə xəbər portalımızda “Eks icra başçısının biznesmen oğlu Beyləqanda “at oynadır”" başlıqlı araşdırma məqaləsi dərc olunandan sonra rayonda müəmmalı hadisələr cərəyan etməyə başlayıb. Beyləqan bazarının sahibi Xəqani Əhmədov mübahisəli torpaq sahəsi ilə bağlı, digər sahibkar Vahid Abdullayevlə aralarında yaranmış münasibətləri çözmək üçün qanundankənar hərəkətlərə əl atmağa başlayıb. Hüquqi yollarla istəyinə çata bilməyən “bazarkom” “mafioz” qruplaşmalara xas olan gedişlər etmək məcburiyyətində qalıb. Bunun üçün şəxsi əlaqələrini işə salan Xəqani Əhmədov ƏMDK-dəki dayaqlarını hərəkətə gətirib. Belə ki, sahibkar Abdullayev Vahid Cəmil oğlu ƏMDK-nin Beyləqan rayonundakı ərazi şöbəsinin müdiri Nazim adlı vəzifəli şəxs tərəfindən 04.01.2019-cu il tarixdə qeyri-iş günü olmasına baxmayaraq, saat 19:00 radələrində təcili surətdə adıçəkilən idarəyə çağrılıb. Sahibkara qəti surətdə bildirilib ki, yuxarı rəhbərliyin tələbi qeyd-şərtsiz yerinə yetirilməlidir. Yuxarının tələbi isə ondan ibarətdir ki, sahibkarın əlində dövlətin adından çıxarılmış qətnamə olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi yenidən ölçülərək araşdırılma aparımalıdır. Nazim Səfərov açıq-aşkar formada sahibkara bildirib ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məhkəmə qətnamələrini tanımaq belə istəmir.

Beyləqan rayonunda “kriminal idarəetmə”nin əsasını qoymağa çalışanların məqsədləri nədir?

Yuxarıda qeyd etdiyimiz məqamlar onu deməyə əsas verir ki, rayonda bütün mübahisəli məsələlərin “qanundankənar” vasitələrlə həllinə cəhd etmək istiqamətində təhlükəli tendensiyanın əsası qoyulmaqdadır. Yaranmış situasiyada xoşagəlməz məqam ondan ibarətdir ki, çirkli işlərə bir çox dövlət qurumları da cəlb edilir. Bu da öz növbəsində vətəndaşların haqlı narazılığına səbəb olur, dövlətə və hakimiyyətə qarşı inamsızlıq yaradır. Hər iki sahibkarın arasında baş verən qarşıdurmanın təfərrüatları barədə bütün rayon sakinləri məlumatlı olduğu halda, rayonun hüquq mühafizə orqanlarının baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür. Nəzərə alsaq ki, demokratik və hüquqi dövlətdə yaşayırıq, onda istənilən şəxsin öz problemlərinin qanuni deyil, qeyri-qanuni yollarla həllinə cəhd etməsi başadüşülən deyil. Dövlətimizin və konstitusiyamızın təminatçısı Prezident İlham Əliyev olduğu halda, AR ƏMDK rəhbərliyi konstitusiyanın tələblərini pozur, sahibkarı süni şəkildə sıxışdırır, onun qanuni fəaliyyətinə mane olmağa çalışır və əsassız şəkildə qanunsuz araşdırma aparır. Bir daha xatırladırıq ki, bütün bunlar rayon ictimaiyyətinin gözləri qarşısında baş verir. Baş verənləri dövlətə qarşı “sabotaj” da adlandırmaq olar. Nə baş verir?... Düşmənin bir addımlığında yerləşən sərhəd bölgəmizdə süni şəkildə vətəndaş qarşıdurmasına şərait yaradılır, dövlətin legitim qurumlarına qarşı etimadsızlıq sindromu formalaşdırılır, maddi maraqlar üst qata çıxarılaraq, dövlət və milli maraqları kölgədə qoyur.
Sahibkar Vahid Abdullayev üzləşdiyi qanunsuzluqlarla bağlı artıq ölkə başçısına müraciət ünvanlayıb. Şübhə etmirik ki, baş verənlər ali səviyyədə müzakirə olunacaq və məlum hadisələr qanun müstəvisində həllini tapacaq. Biz də öz növbəmizdə KİV-in verdiyi bütün qanuni səlahiyyətlərdən istifadə edərək, məsələni diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir.

Stimulxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz