Azərbaycan 2019-cu ilə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə təbii qaz nəqlini 2 milyard kubmetrədək artırmağı planlaşdırır.
Millitv.Az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.
O əlavə edib ki, TANAP layihəsinin reallaşdırılması 99 faizə çatır.
Qeyd edək ki, 2018-ci ildə TANAP vasitəsilə qaz nəqli 1 milyard kubmetr təşkil edib.