Axtarış...

Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: - Bir həbsin izi ilə...

Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: - Bir həbsin izi ilə...

Ötən gün "Azərbaycan Dəmir Yolları"nın keçmiş rəhbəri Arif Əsgərovun baldızı oğlu haqqında Moderator.az-da "Müvəkkilini həbsdən qurtarmaq üçün onunla nikaha girdi, amma xilas planı baş tutmadı..." başlığı ilə getmiş yazıda oxuculara söz vermişdik ki, Rahib Hüseynovun vəkili Hacıyeva Sevil Balasoltan qızı haqqında daha ətraflı məlumat verəcəyik.

Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: - Bir həbsin izi ilə...
Rahib Hüseynovun dələduzluq əməllərindən zərərçəkmişlərin iddialarına görə Sevil Hacıyeva gerçəkdən də təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi zirəkliyə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilməyəcəyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti fövtə verməyib. Nəticədə Rahil Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, "zerkalnı" nömrədən tutmuş "Range Rover" markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb.

İşin diqqətçəkən və sual doğuran tərəfi isə çoxgedişli kombinasiyaları ilə hamını heyrətləndirməyəi bacaran vəkilin istifadəsində olan 10 RB 013 dövlət qeydiyyat nişanlı "Range Rover"in və mobil nömrənin hələ də Rahil Hüseynovun adına olmasıdır. Yəni külli miqdarda (4 milyon 300 min manat məbləğində) dələduzluq əməli törətmiş bir şəxsin adına adətən heç bir daşınar-daşınmaz əmlak olmur və onlara həbs və ya müsadirə cəzası verilməməsi üçün çoxbilmişlər vaxtında hərəkətə keçirlər.

Amma nədənsə S.Hacıyeva belə bir zərurətə gərək duymayıb və ya bunu etməyə macal tapmayıb. Hər halda görünən odur ki, Rahib Hüseynovun həbsi olayı hələ suyu çox aparan dəyirmana oxşayır və məhkəmə prosesində daha ilginc məqamların üzə çıxacağı şəksizdir. Çünki ortada kifayət qədər zərərçəkmiş şəxs var və onlar Rahib Hüseynovun törətdiyi əməllərə görə adekvat cəza tələb etdikcə məhkəmə araşdırmasının dələduzluq cinayətinin qaranlıq məqamlarına da işıq salacağını proqnozlaşdırmaq olar. Odur ki, prosesin sonrakı məcrası barədə yenilikləri gözləyək...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz