Axtarış...

Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - Həyatınız üçün təhlükə ola bilər - VİDEO - FOTO

Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - Həyatınız üçün təhlükə ola bilər - VİDEO - FOTO

Bakı sakininin aldığı şirniyyat qida üçün yararsız çıxıb. Həmin şirniyyatı evdə açdıqda içərisində olan keksin kifləndiyini görüb.

Millitv.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elşad Məmmədov - Şikayətçi: "Dünən səhər saatlarında anam nəvəsi üçün, yəni qardaşım qızına keks aldı. 3 ədəd aldılar, elə birincini açanda, gördülər ki, keks kiflənib. Adətən biz onu məktəb vaxtı alıb, uşağın "sumka"sına qoyuruq. İndi məktəb yoxdur. Əgər məktəb vaxtı olsaydı, biz bunu uşağın "sumka"sına qoysaydıq, uşaq məktəbdə açıb yeyəcəkdi. 5 yaşlı uşaq nə bilir kiflənmə nə olan şeydir".

Şirniyyatın istehsal olunduğu şirkət keksin xarab olmasına görə məsuliyyətin onlarda yox, satışı həyata keçirən marketdə olduğunu bildirib.

Elşad Məmmədov - Şikayətçi: "Onlar dedilər ki, problem yoxdur. Paylanmasında da, vaxtında da heç bir problem yoxdur. Yəqin ki saxlanmağında problem olub ki, o keks kiflənib".

Afaq İbrahimova - Şirkətin nümayəndəsi: "Burada kiflənmə halı 2 halda ola bilər. Ya nəmişlik şəraitində saxlanıla bilər, yəni saxlanma qaydasına riayət olunmaya bilər, ya da ki məhsul hava çəkə bilər. Bir yerdən hardasa deşik olarsa, mütləq o, hava çəkir ki, nəticə də belə olur".

Sözügedən marketin nümayəndəsi isə əksinə, günahı və məsuliyyəti şirkətin üstünə atır.

Anar Əliyev - Marketin inzibatçısı: "Malın üstündə çıxma və qurtarma tarixi var. Qurtarma tarixindən əvvəl mal gəlib 5 günə xarab olursa, ona market neynəsin?"

Eyyub Hüseynov - AİB-in sədri: "Əhali bilməlidir ki, unla hazırlanan şirniyyat məhsullarının saxlanma müddəti 36 saatdan artıq deyil. Tortlar, kekslər və s. əgər unla hazırlanmış bir şirniyyat məhsulu bükülübsə, üzərinə də uzun yararlılıq tarixi yazılıbsa, artıq bu, zərərli, kimyalaşmış məhsuldur".

Bəs, marketlərdə istifadə müddəti bitmiş məhsullara nəzarət necə aparılır? Tarixi keçmiş məhsullardan zərər çəkən alıcılar hara müraciət etməlidir? Bununla bağlı suallarımızı bu işi görməli olan əsas qurum Qida Təhlükəsizliyi Agentliyinə ünvanlasaq da, cavabsız qoydular. Eskpertlər isə belə halla qarşılaşanlara aldığı məhsulu qaytarıb, pulunu geri almağı məsləhət görür.

Eyyub Hüseynov - AİB-in sədri: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunub ki, bütün bu işlərə satıcı cavabdehdir. Yəni satıcı malı satışa götürəndə diqqətlə baxmalıdır ki, onun saxlanma şəraiti, sertifikatı varmı. İstehlakçı əgər belə hala rast gəlirsə, mütləq satıcıya iradını bildirməlidir. Həmin malın satışdan çıxarılması üçün ictimai təşəbbüs göstərməlidir. Qida Təhlükəsizliyi Agentliyinin "1003" qaynar xəttinə məlumat verməlidir".

Mütəxəssislər hər kəsi xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Çünki kiminsə kiçik səhvi bizi daha böyük problemlə üz-üzə qoya bilər.

Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - HƏYATINIZ ÜÇÜN TƏHLÜKƏLİDİR
Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - Həyatınız üçün təhlükə ola bilər - VİDEO - FOTO
Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - Həyatınız üçün təhlükə ola bilər - VİDEO - FOTO
Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN - Həyatınız üçün təhlükə ola bilər - VİDEO - FOTO
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz