45 min 500 insanın pensiyası 35 faiz artacaq.
Millitv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması pensiya sistemində inqilabi dəyişikliyə səbəb olacaq.
"Artıq insanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər. Yanvarın birindən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Bu, bir saatda baş verəcək".
S. Babayev 38 min insanın pensiya hüququnun yaranacağını vurğulayıb: "Onların bu gün aldığı müavinət 48 faiz artacaq. 93 min insanın gəlirlərində 48 faiz artım olacaq".