“Ölkədə təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimləmə baxımından son illər doğuşda ciddi azalma müşahidə olunur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O qeyd edib ki, əgər 2011-ci ildə 176 min 72 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu rəqəm 144 min 41 olub: “Bu ilin 9 ayının göstəricisi də xoşagələn deyil. Burada 103 min rəqəmi bizi düşündürür”.