Axtarış...

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli deyib ki, ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar.

Millitv.az Cebhe.info-ya istinadən xəbər verir ki, iqtisadçı-ekspert Qadir İbrahimli millət vəkilinin bu açıqlamasına mwnasib’t bildirib. Ekspertin fikrincə, seçiciləri qarşısında hesabat verməyən və onların səsindən asılı olmayan deputatın münasibəti bundan artıq ola bilməz: "Orta statistik Azərbaycan ailəsini götürək – ər-arvad, 2 azyaşlı uşaq… Ərin də, arvadın da maaşı 180 manat və aylıq büdcələri 360 manatdır. Bu məbləğ yalnız ər-arvadın minimum ehtiyaclarını təmin etmək üçün yetərlidir, uşaqların yaşayış minimumu 160 manatdır. Yəni, uşaqları böyütmək üçün ailə zəruri 320 manatı başqa işlərdə çalışıb əldə etməlidir. Rəcəblinin məntiqinə görə, ər-arvad 8 saat dövlət işində çalışdıqdan sonra əlavə 8 saat da özəl sektorda çalışmalıdır. Yəni, sutkada 16 saat iş saatına sərf olunmalıdır.Ər və arvad sutkada 16 saat işləməklə Azərbaycan ordusunun gələcək əsgərini, Azərbaycan dövlət büdcəsinin vergi ödəyicisini böyütməlidir.
Bu, həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir (mənəvi-etik tərəflərinə toxunmuram, çünki bu dəyərlər onlara yaddır). Yeri gəlmişkən, Hadı Rəcəblinin maaşı 1980 manatdır. Bu məbləğin yarısı qədər də (990 manat) aylıq müavinət alır. Yəni, Rəcəblinin rəsmi aylıq gəliri 2 min 970 manatdır. Bu minimum əməkhaqqıdan (180 manat) 16,5 dəfə, orta aylıq əmək haqqıdan (540 manat) 5,5 dəfə yüksəkdir. Söhbət yalnız rəsmi gəlirlərdən gedir, imtiyazlı biznesin böyük məbləğli gəlirlərini demirəm”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz