Axtarış...

Bu agentliyinin səlahiyyəti artırılır

Bu agentliyinin səlahiyyəti artırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.
Millitv.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, bununla bağlı “Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilir.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz