Rusiya və Hindistan "İndra-2018" adı altında birgə antiterror təlimləri keçirəcəklər.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, 18-28 noyabr tarixlərini əhatə edəcək təlimlər Hindistanın Uttar Pradeş ştatının Babina yaşayış məntəqəsinin yaxınlığındakı poliqonda təşkil ediləcək.
Rusiya tərəfdən təlimlərə Primorsk diyarında dislokasiya olunmuş Şərqi hərbi dairənin motoatıcı birləşməsinin təqribən 250 hərbi qulluqçusu cəlb olunacaq.
Xatırladaq ki, "İndra" Rusiya-Hindistan antiterror təlimləri 2003-cü ildən keçirilir.