"Yaxın vaxtlarda bir neçə rayonun icra hakimiyyətinin başçısı işindən azad oluna bilər". Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub. Xəbəri verən mənbə bildirir ki, paytaxt rayonlarından ikisinə də yeni rəhbər təyinatı planlaşdırılır.
Dia.az-a mənbənin söylədikləri: "Hələlik müzakirə gedir. Bu gün də ola bilər, sabah da... Amma dəyişiklik mütləqdir".
Qeyd edək ki, təxminən 20-yə yaxın RİH başçısının dəyişdirilməsi gözlənilir. Onlardan bəilərinin isə ümumiyyətlə yenidən təyinatının nəzərdə tutulmadığı da iddia olunur.
Bizi izləyin. Əlavə bilgilərimiz olacaq... Dia.az