Axtarış...

Zilhiccə ayının ilk ongünlüyünün əyyamı və əməlləri - FOTO

Zilhiccə ayının ilk ongünlüyünün əyyamı və əməlləri - FOTO

Zilhiccə ayının ilk ongünlüyü fəzilət və bərəkətliliyin zirvəsi olan günlərdəndir. Əziz Allah Elçisindən (s) nəql edilir: "Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayın müxtəlif tövsiyə olunmuş əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlarına diqqət yetirilsə, öz vəzifəmizi daha yaxşı yerinə yetirmiş olarıq. Ən əsası isə - əməllərimizin qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyətilə) yerinə yetirilməsinə diqqət verməyimizdir. Bu əyyamda tövsiyə edilən əməllər:

1. Bu ayın ilk 9 gününü oruc tutmaq. Bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.

2. Bu 10 günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə "Həmd"dən sonra 1 dəfə "İxlas" surəsini və "Əraf" surəsinin 142-ci ayəsini ayəsini (Və və 'ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi'əşrin fətəmmə miqatu Rabbihi ərbə'inə ləylətən və qalə Musəliəxihi Hərunəxlufnifi qavmi və əslih və lə təttəbi' /axırı sakin 'ayn/ səbiləl-mufsidin) oxuyursan. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.

وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

Tərcüməsi: Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: "Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma".

3. İmam Cəfər Sadiqdən (ə) nəql edilən duanı "Allahummə həzihil əyyəmul-ləti fəzzaltəhə ələl-əyyəmi və şərraftəhə..." zilhiccə ayının əvvəlindən Ərəfə gününün əsr namazı vaxtına qədər, sübh namazından sonra və şam namazından qabaq oxumaq.



Transkripsiyası:

Əllahummə hazihil əyyamul-ləti fəzzəltəha ələl əyyami və şərrəftəha, qəd bəlləğtəniha bimənnikə və rəhmətik, fəənzil ələyna min bərəkatik, və əusi` ələyna fiha min nə`maik, Əlla-hummə inni əs`əlukə ən tusəl-liyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təhdiyəna fiha lisəbilil huda vəl əfafi vəl ğina, vəl əməli fiha bima tuhib-bu və tərza, Əllahummə inni əs`əlukə ya məvziə kulli şəkva, və ya samiə kulli nəcva, və ya şahidə kulli mələ`, və ya alimə kulli xəfiyyəh, ən tusəlliyə əla Muhəmmədin və ali Mu-həm-məd, və ən təkşifə ənna fihəl bəla, və təstəcibə ləna fihəd dua, və tuqəvviyəna fiha və tuinəna, və tuvəffiqəna fiha li-ma tuhibbu rəbbəna və tərza, və əla məftərəztə ələyna min taətikə və taəti rəsulikə və əhli vilayətik, Əllahummə inni əs`ə-lukə ya ərhəmər rahimin, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təhə-bə ləna fihər riza, innəkə səmiud dua, və la təhrimna xəy-rə ma tunzilu fiha minəs səma, və təhhirna minəz zunubi ya əllaməl ğuyub, və əvcib ləna fiha darəl xulud, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və la tətruk ləna fiha zənbən illa ğəfərtəh, və la həmmən illa fərrəctəh, və la dəynən illa qəzəytəh, və la ğai-bən illa əddəytəh, və la hacətən min həvaicid dunya vəl axirəti illa səhhəltəha və yəssərtəha, innəkə əla kulli şəy`in qədir, Əllahummə ya aliməl xəfiyyati ya rahiməl əbərat, ya mucibəd dəəvat, ya rəbbəl ərəzinə vəs səmavat, ya mən la tətəşabəhu ələyhil əsvat, səlli əla Muhəm-mədin və ali Muhəmməd, vəc`-əlna fiha min utəqaikə və tulə-qaikə minən nar, vəl faizinə bi-cənnətik, vən nacinə birəhmə-tik, ya ərhəmər rahimin, və səl-ləllahu əla səyyidina Muhəm-mədin və alihi əcməin.

4. İlk ongünlükdə hər gün Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə etdiyi duanı oxumaq.



Transkripsiyası:

"Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəttəxiz sahibətən və la vələda.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəlid və ləm yuləd və ləm yəkul-ləhu kufuvən əhəd.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə həyyun la yəmut. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.

Hasbiyəllahu və kəfa. Səmiəllahu limən dəa. Leysə vəraəllahi müntəha. Əşhədu lillahi bima dəa və ənnəhu bəriun mimməntəbərrəə və ənnə lillahil axirəti vəl-ula."

5. Ayın ilk ongünlüyün hər günündə İmam Əlidən (ə) nəql olunmuş təhliyyatı ("Lə iləhə illəllah"la başlayan zikrləri) 10 dəfə oxumaq.



Transkripsiyası:

La ilahə illəllahu ədədəl lə-yali vəd duhur, la ilahə illəllahu ədədə əmvacil buhur, la ilahə illəllahu və rəhmətuhu xəyrun mimma yəcməun, la ilahə illəllahu ədədəş şəvki vəş şəcər, la ilahə illəllahu ədədəş şə`ri vəl vəbər, la ilahə illəllahu ədədəl həcəri vəl mədər, la ilahə illəllahu ədədə ləmhil uyun, la ilahə illəllahu fil ləyli iza əs`əs, vəs (fis) subhi iza tənəffəs, la ilahə illəllahu ədə-dər riyahi fil bərari vəs suxur, la ilahə illəllahu َminəl-yəvmi ila yəvmi yunfəxu fis-suri.



Zilhiccə ayının ilk ongünlüyünün əyyamı və əməlləri - FOTO
Zilhiccə ayının ilk ongünlüyünün əyyamı və əməlləri - FOTO
Zilhiccə ayının ilk ongünlüyünün əyyamı və əməlləri - FOTO
Text-to-Speech

DİNLƏ






Şərh yaz