Azərbaycan Mərkəzi Bankı 1 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, fevralın 3-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9452 manat təşkil edir.
1 türk lirəsi 0,3275 manat, 1 rus rublu 0,0260 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6404 manatdır.