Axtarış...

Moskvada Xəzər dənizinin mühafizəsinə dair yeni protokol imzalandı

Moskvada Xəzər dənizinin mühafizəsinə dair yeni protokol imzalandı

Moskva şəhərində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanı sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokol" beş Xəzəryanı ölkə tərəfindən imzalanıb.

Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz