2014-cü ildə saunada yıxılaraq komaya düşən aparıcı-aktyor Kənan İşıkdan xəbər var.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçinin Almaniyada aparılan müalicəsi də bir nəticə verməyib. İşık bundan sonra evində müalicə olunacaq. Gözlərini 4 ildir açmayan Kənan evdə həkim nəzarətində saxlanılacaq.
Xatırladaq ki, Kənan İşık getdiyi idman klubunda saunadan çıxarkən sürüşərək başını yerə vurub. Dərhal xəstəxanaya çatdırılan sənətçi 3,5 saatlıq əməliyyatdan sonra komaya düşüb.