Ukraynanın Xarkov şəhərində Azərbaycan vətəndaşı öldürülüb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərdəki restoranların birində baş verib. Maskalı şəxslər restoranın kabinetlərindən birinə soxularaq oradakılara atəş açıblar.
Nəticədə orda olan Azərbaycan vətəndaşı öldürülüb, bir Gürcüstan vətəndaşı isə yaralanıb.
Qatillər hadisə yerindən qaçıblar.