Axtarış...

Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət

Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət

Ermənistanın Baş Naziri Nikol Paşinyanın koronavirusa yoluxması rusiyalı ekspertlərdə bir sıra suallar doğurdu. Onların bəziləri hesab edirlər ki, əslində Paşinyan xəstə-filan deyil, sadəcə koronavirusdan ölkədaxili təlatümləri ertələmək üçün istifadə edir. Rusiya mətbuatı yazır ki, Paşinyan bu xəstəlikdən siyasi piar kimi istifadə edir.

Mövzu barədə AYNA-nın suallarını rusiyalı politoloq Qriqori Trofimçuk cavablandırıb.

- Paşinyanın koronavirusa yoluxmasına Rusiya ekspertlərinin inamsızlığı haradan qaynaqlanır? Yəni onun reytinqi o qədər düşüb ki, belə ucuz vasitələrə əl atır?

- Əvvəllər reytinqi zəifləyən siyasətçilər, daha çox onlara sui-qəsd olması barədə xəbərlərə üstünlük verirdilər. İndi isə, görünür, dəb dəyişib, keçiblər koronavirus uydurmasına. Ermənistanın Baş Naziri bu məsələdə xeyli gecikib. Ölkə rəhbərlərindən ilk olaraq Böyük Britaniyanın Baş Naziri Boris Conson xəstələnəndə hamı gözləyirdi ki, görək bunun sonu nə olacaq. Amma artıq intriqa filan yoxdur – heç bir lider, siyasətçi koronavirusdan ölmür, iclas zamanı huşunu itirmir və s. Ona görə də yalanda və siyasi piarda ittiham olunmamaq üçün Paşinyanın bir yolu qalır – doğrudan ölmək. Əks halda bu uğursuz piar onun reytinqini daha da aşağı salacaq. Bu addıma getmək üçün bir siyasətçinin siyasi reallıqdan nə qədər uzaq olduğu düşüncəsindəyəm.
- Erməni mətbuatı yazır ki, ölkədə vəziyyət gərgindir və bunun səbəbi təkcə koronavirus deyil. Sizcə, indi bu ölkənin problemi nədir?

- Artıq iki ildir ki, Ermənistan Paşinyanın hakmiyyəti dövründə yaşayır. Paşinyanın fanatik təbliğatçıları yenə də həvəslə onun necə işləməsini reklam edirlər, amma əhalinin əksəriyyəti aldandığını anlamağa başlayır. Vətəndaşlar bu yalanın cavabını vermək istəyirlər, amma hələ konkret bir yol müəyyən edə bilməyiblər. İnsanlar Paşinyanın qeyri-konstruktiv bəyanatları səbəbindən Qarabağda müharibənin hər an qızışa biləcəyini anlayır və buna görə də narahatdırlar.

Belə şəraitdə erməni mətbuatı, təbii ki, Paşinyanı rahat buraxmayacaq. Artıq 2018-in baharı deyil, 2020-ci ildir və hamı da Paşinyanın rəhbərliyi ilə keçən bu iki ilin xalqa hansısa xeyir vermədiyini gözəl anlayır. Özünü demokrat adlandıran şəxs bütün xalqı aldadıb. Xalq ona çox inanırdı, odur ki, tələbi də çox sərt olacaq.

Ölkədə gərginlik başqa səbəblərdən də artıb. Məsələn, Nikol Paşinyan Rusiya ilə qazın qiymətinin aşağı salınması üçün razılığa gələ bilmir, halbuki, bu, mümkündür. Amma, nəzərə alaq ki, Paşinyanın özü Moskva üçün proqnozlaşdırılan fiqur olmadığı üçün kompromisə getmir və nəticədə bütün erməni xalqı bunun əziyyətini çəkir.

- Son günlər Qarabağ cəbhəsində də vəziyyət gərginləşib. İndiki məqamda bu gərginlik daha geniş miqyas ala bilərmi?

- Ermənistan ilə Azərbaycan arasında silahların işə düşməsi hər an baş verə bilər. Əgər Paşinyan öz xalqını iki ildir, aldadır, amma düz 2016-cı ildən Azərbaycanın “başının altına yastıq qoymaq” istəyirlər. O vaxtdan bəri Qarabağ məsələsində heç bir praktik addım atılmayıb. Rəsmi Bakı danışıqlar məsələsinə həmişə ciddi yanaşıb və heç vaxt danışıqlardan imitina etməyib. Yəni, bir masa arxasında problemləri həll etməyə həmişə razı olub.

Məndə belə təəssürat var ki, Azərbaycanı qəsdən təxribata çəkirlər ki, müharibəyə başlasın. Hətta, Sarkisyan hakimiyyəti dövründə də Ermənistanda yüksək səviyyədə Qarabağla bağlı bəyanatlar bu qədər gərginlik yaratmırdı. İndiki hakimiyyət, sanki daha çox müharibə tərəfdarıdır. Belə bəyanatlar sülhə xidmət etmir və gec-tez yeni irimiqyaslı gərginliyə gətirib çıxaracaq. Azərbaycan cəmiyyətinin səbri də daimi deyil və bir gün danışıqların nəticə vermədiyinə tam əmin olub, torpaqlarını hərb yolu ilə qaytarmağa qərar verəcək. Məncə, Ermənistan hakimiyyəti məsələni bu həddə çatdırmamalıdır.


Daha çox xəbər

Şərh yaz