ABŞ-ın enerji nəhəngi son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurub



Bu ilin I rübündə ABŞ-ın enerji nəhəngi “ExxonMobil”in gəlirləri proqnozları üstələyərək 56,2 milyard ABŞ dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gəlirlərin artması şirkətin son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurmasına mane olmayıb. Belə ki, ötən ilin I rübündə 2,4 milyard ABŞ dolları məbləğində mənfəət əldə edən şirkət bu ilin eyni dövrünü 610 milyon ABŞ dolları məbləğində zərərlə başa vurub.

“Koronavirus qısamüddətli tələbə təsir etdi. Bazardakı həddindən artıq təklif də buna əlavə edildikdə qiymətlər üzərində bənzəri görünməmiş bir təzyiq yarandı. Amma iqtisadiyyat yenidən canlanacaq. Həyat standartları artacaq. Bu da məhsullarımıza tələbin artmasına və neft sənayesinin yenidən bərpa olunmasına şərait yaradacaq”, - şirkətin CEO-su Darren Vuds bildirib.

Qeyd edək ki, “ExxonMobil” balans hesabatını və rüblük dividendini qorumaq üçün aprelin 7-də illik xərcləri 30% və ya 10 milyard ABŞ dolları məbləğində azaltmağa qərar verib.

Bundan başqa, II rübdə şirkət hər səhm üçün səhmdarlara 0,87 ABŞ dolları ödəyəcək.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət