Axtarış...

Koronovirusun İrana təsiri - Molla rejimi hoqqabazlığından qalmır...



Məlumdur ki, Covid-19 virusu İranda çoxlu sayda insanın ölümünə səbəb olmuşdur. Rəsmi məlumatlara əsasən 5200 nəfərin öldüyü bildirilsə də, əslində isə ölüm sayının bundan 3-4 dəfə çox olduğu söyləntiləri var.

Koronovirusun İranda kütləvi yayılmasının əsas səbəbləri kimi virusun əvvəlcədən yayılmasına baxmayaraq fevral ayında keçirilən parlament seçkilərindən sonra açıqlanması və hökumət tərəfindən lazımi tibbi və sosial tədbirlərin həyata keçirilməsi qeyd edilir. Həmçinin əhali tərəfindən hökumətin vətəndaşların sosial müdafiəsi istiqamətində hərəkətsizliyinə, ərzaq məhsullarının qiymətinin artmasına, parlamentə təqdim edilmiş sosial layihələrin qəbul edilməməsinə və hökumət tərəfindən virusa görə əziyyət çəkən şəxslərə 1 milyon rial yardım ediləcəyi, növbəti 2 il ərzində isə qeyd olunan məbləğin 12 faiz rüsumla qazanclarından tutulacağının açıqlanmasına narazılıqlar kütləvi hal almışdır.

Həmçinin virusdan qoruyacağı inancı ilə molla rejimi tərəfindən əhalinin spirtli içkilərdən istifadəsinə icazə verilmiş, nəticədə isə ölkədə kustar üsulla hazırlanmış spirtli içki qəbulu nəticəsində yüzlərlə insan tələf olmuşdur. Bu hal-hazırda İran ərazisində əvvəlcədən də mövcud olan spirtli içki qaçaqmalçılığın pik həddə çatmasına zəmin yaratmışdır.
Koronovirusun İrana təsiri - Molla rejimi hoqqabazlığından qalmır...
Habelə İranda məhkəmə sistemində işlərin müvəqqəti dayandırılması və kütləvi əfv fərmanının (80 000 nəfər) elan olunması kriminal ünsürlərin fəaliyyətinə münbit şərait yaratmış, ölkədə oğurluq, quldurluq və bu kimi digər cinayət hadisələrinin törədilməsində kəskin artım müşahidə edilmişdir.

İİR-in müvafiq dövlət qurumları “koronovirus”un kütləvi şəkildə insanların həyatına son qoymasından istifadə edərək, 2019-cu ilin noyabr ayında baş vermiş iğtişaşlarda öldürülən və hazır ki dövrə qədər gizli şəkildə Tibbi Ekspertiza Təşkilatına məxsus “soyuducu”larda saxlanılan şəxsləri, guya qeyd olunan virus səbəbindən vəfat etmiş kimi sənədləşdirərək dəfn etməklə öz cinayətkar əməllərini pərdələyirlər.

Hazır ki, vəziyyətin vətəndaşlar arasında yaratdığı narazılıqlar rejim və onun nümayəndələrinə qarşı mövcud olan inamsızlıq və etirazların güclənməsinə şərait yaratmışdır.

“Koronovirus”un qarşısının alınması məqsədilə məscidlərin bağlanması, cümə namazının ləğv olunması, spirtli içkilərin əldə edilməsinin sərbəstliyi İranda “azadlığın” ilk addımları kimi də qiymətləndirir.


Daha çox xəbər

Şərh yaz