Terim koronavirusa bu şəxsdən yoluxub - Şok iddia

  • 25-03-2020, 22:11
  • idman
  • 23


Məlum olduğu kimi "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb. Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa "Qalatasaray"ın sahibi Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb.
"Beşiktaş" klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Rəqib "Beşiktaş"ın bütün heyətinin koronavirus testi mənfi çıxmışdı və Türkiyə mediasının ortaya atdığı iddiaya görə, Terimin Albayrakla yaxınlığı onun bu virusa tutulmasına səbəb olub.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət