Orta məktəbdə yazıçı Reyhan Yusifqızı ilə görüş keçirilib







Qobu qəsəbəsində Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə görüş keçirilib. Tədbir elmi-kütləvi və fantastik povestlərin müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanıb. Əvvəlcə məktəbin foyesində uşaqların əl işlərindən ibarət “Kainatın sirləri” adlı sərgi ilə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçılar Reyhan Yusifqızı, Aygün Bünyadzadə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış ediblər. Çıxışlarda uşaqların intellektual inkişafında mütaliənin rolu vurğulanıb.

Görüşdə “Kainatın sirləri” adlı bədii kompozisiya təqdim olunub: kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qız Leminin Rüstəm və Kənanla dostluğunu əks etdirən səhnəciklər göstərilib. Tədbir hər bir kəsdə xoş ovqat yaradıb.

Qeyd edək ki, müəllifin “Yaşıl gözlü qız“ kitabı elmi-fantastika janrda yazılmış birinci əsəridir və kitab 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət