Axtarış...

Hamı gedir, yalnız Azərbaycan lideri... – Jirinovski



Etnik silah termini ABŞ ədəbiyyatında dəfələrlə səsləndirilib. Yəni onlar bunu yaratmağı tələb ediblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Bjezinski 20 il əvvəl iclas toplayıb, “ruslara qarşı etnik silah yarada bilərsinizmi” sualını verdi. Ruslara qarşı onlar hələ yaratmayıblar, çinlilərə qarşı isə yaradıblar. Ona görə ki, iqtisadi baxımdan onların Çinə qalib gəlmələri mümkün deyil”.

O, nüvə silahıba sahib Çinlə müharibə aparmağın mənasız olduğunu, eləcə də ona narıncı inqilablarla qalib gəlməyin mümkünsüz olduğunu deyib. Jirinovski buna görə Çinə qarşı bioloji silahlardan istifadə edildiyini vurğulayıb.

Pompeonun səfərini şərh edən Jirinovski onun Belarus, Qazaxıstan, Özbəkistana “kökə paylamağa” getdiyini söyləyib:

“Pompeo hər yerdə kökə paylamağa gəlmişdi ki, onları Rusiyadan az da olsa, ayıra bilsin. Allah eləməsin ki, Belarusla Rusiya yeni dövlət yaratsın. Onlarınkı yezuit gülüşüdür – heç nə vermirlər, amma vəd edirlər. Bütün keçmiş sovet respublikaları ABŞ, NATO ilə Avropa, islam dünyası, Çin və Rusiyadan əmirlər. Onlar üçün necə yaxşı olduğunu təsəvvür edirsinizmi? Onlara hər kəs verir ki, götür-götür, amma yalnız Moskva ilə olma. Moskva da verir. Biz Lukaşenkoya nə qədər vermişik”.

Jirinovski Lukaşenkonun yavaş-yavaş Rusiyadan üz çevirdiyini vurğulayıb:

“Lukaşenko vəd verir ki, yox-yox, biz Rusiya ilə qardaşıq. Görərsiniz, o, tədricən üz çevirəcək. Qoy, bu, Ukrayna-Baltikyanı variantı olmasın. Bütün Qərb ərazilərimiz – Baltikayanı, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru dönür və antirusiya plasdarına çevrilirlər. Azərbaycan müqavimət göstərə bilər. Orada digər keçmiş sovet respublikalarından daha müdrik lider var”.



Şərh yaz