Deputatlığa namizədlər seçkidə bundan artıq pul xərcləyə bilməzlər - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, dekabr ayının 6-dan başlayaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi prosesinə start verilib. Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Yeniavaz.com xəbər verir ki, seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
Məlumat üçün onu da bildirək ki, namizədin seçkiqabağı təşviqatın aparılması üçün lazım olan vəsaitin mənbəsi və məbləği qanunvericilikdə öz əksini tapıb. Növbədənkənar parlament seçkilərində namizəd olacaq şəxslər seçkiqabağı təşviqat zamanı qanunda göstərilən məbləğdən artıq vəsait xərcləyə bilməz.
Qeyd edək ki, deputatlığa namizədlər xüsusi seçki fondları yaratmağa borcludurlar və qeydə alınan namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

- Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan minimum əmək haqqının 2 min mislindən (500 000 manat) çox olmamaq şərti ilə, namizədin şəxsi vəsaiti.

- Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün olan minimum əmək haqqının 5 min mislindən ( 1 250 000 manat) çox olmamaq şərti ilə, namizədi irəli sürən siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyanın vəsaiti.

- Dairə seçki komissiyası tərəfindən namizədlərə bərabər həcmdə ayrılmış vəsait. İşləmədiyi dövr ərzində namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində vəsait ayrılır. Bundan başqa namizədin yol pulu da (taksi istisna olmaqla) büdcədən qarşılanır.

- Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün olan minimum əmək haqqının vətəndaş üçün 100 mislindən (25 000 manat) və hüquqi şəxs üçün 2 min mislindən (500 000 manat) çox olmayan könüllü ianələr.

- Qeydə alınan namizədin seçki fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan minimum əmək haqqının 30 min mislindən (7 500 000 manat) çox ola bilməz.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət