Park Bulvarda “Buyepongo” qrupu konsert proqramı ilə çıxış edib



Park Bulvarda ABŞ-ın “Buyepongo” qrupu konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert ABŞ-la Azərbaycan arasında mədəniyyətlərarası anlayış və əməkdaşlığı möhkəmləndirmək üçün təşkil olunub.

Bildirilib ki, “Buyeponqo” qrupu Azərbaycanda müxtəlif konsert proqramları ilə çıxış edəcək, yerli musiqiçi və tələbələrlə musiqi/cem sessiyaları keçirəcəkdir. “Buyepongo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır.

Beş nəfərdən ibarət “Buyepongo” qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir.

Qrup ölkəmizə səfər çərçivəsində Gəncə Dövlət Filarmoniyası, Şəki Dövlət Dram Teatrı, Zaqatala Mədəniyyət Mərkəzi və Qəbələ Mədəniyyət Mərkəzində çıxış edəcək.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət