Axtarış...

Dilənçinin sərvəti hamını ŞOKA SALDI



Türkiyənin Qəhrəmanmaraş vilayətində polis əməkdaşlarının əməliyyatı keçirərək tutduqları 32 yaşlı dilənçi qadının vardatı hər kəsi şoka salıb. Onun daşınmaz əmlak zəngini olduğu üzə çıxıb.

Lent.az bu barədə Türkiyə mediasına istinadla məlumat verir ki, şəhərin İsmətpaşa məhəlləsində vətəndaşlardan pul alan 65%-lik görmə qüsuru olan Hülya Kök polis tərəfindən saxlanılıb.

Üzərində külli miqdarda pul çıxan qadınla bağlı araşdırma aparılarkən, onun adına Osmaniyyədə bir ev, Nurdağı qəsəbəsində 2 ev və həmçinin 2 avtomobil olduğu məlum olub. İnzibati qaydada 153 lirə (təxminən 45 manat) cərimə olunan Hülya Kök öz rayonuna göndərilmək üçün polis tərəfindən avtovağzala aparılıb.



Şərh yaz