BNA pik saatlarda qiyməti artırmalıdır, yoxsa azaltmalı? - Onlara qalsa...

BNA pik saatlarda qiyməti artırmalıdır, yoxsa azaltmalı? - Onlara qalsa...

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayevin ictimai nəqliyyatla bağlı açıqlaması son günlər geniş müzakirə olunur. Belə ki, o, pik saatlarda avtobusun qiymətinin dəyişəcəyini deyib. Bu, açıqlama vətəndaşlar arasında ajiotaja səbəb olub. Bir çoxları marşrutlarda qiymət artması ehtimalından narahat olublar.

Məsələ burasındadır ki, M.Ağayev açıqlamasında qiymətin artacağını nəzərdə tutmadığını qeyd edib. Amma o, pik saatlarda qiymət fərqinin nədən ibarət olacağını da şərh etməyib. Bu isə vətəndaşların haqlı narahatlığına əsas verib.

REAL Partiyasının katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ictimai nəqliyyatın qiymətinin artması məqsədəuyğun deyil:

“Hazırda ictimai nəqliyyatda gedişhaqqının artmasına əsas yoxdur. Çünki əksər nəqliyyat şirkətləri, o cümlədən Bakı Nəqliyyat Agentliyi dövlətin nəzarəti altındadır və dövlət nəqliyyatın maddi-texniki bazasının möhkəmlənməsi üçün lazımi vəsaiti ayırır. Vətəndaşlar onlardan alınan vergi ilə büdcənin formalaşmasında rol oynayırlar. Belə halda gedişhaqqının qalxmasına hansı əsas ola bilər ki?".

Ekspert həmçinin bildirib ki, ümumiyyətlə ictimai nəqliyyatda sərnişin daşınması qiymətlərinin tənzimlənməsi üçün dünya təcrübəsinə müraciət etmək lazımdır:

"Dünya təcrübəsində artıq differensiallaşmış kart sisteminə keçilib. Bu, o deməkdir ki, şagirdlər, təqaüdçülər, aztəminatlı ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulur. Həmçinin bu sistemdə gündəlik, həftəlik, aylıq və illik kartlar arasında qiymət fərqi var. İllik kart gündəlik kartdan dəfələlərlə ucuzdur. Xərclərin həlli yolu ancaq vahid və differensiyalaşmış kart sisteminə keçiddədir. Pik saatlarda qiymət fərqli olacaq dedikdə, nəyi nəzərdə tutduqlarını BNA açıqlamalıdır. Məncə qiymət pik saatlarda artmayacaq. Əksinə, məntiqə uyğun olaraq pik saatlarda qiymət nisbətən aşağı olmalıdır ki, insanlar öz şəxsi avtomobillərindən yox, ictimai nəqliyyatdan istifadə etsinlər".
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət