Axtarış...

"Hanı mənim o imkanlı dayılarım?!" — 13 yaşlı qızı ərə verilən Vəfadan ŞOK SÖZLƏR - VİDEO





Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə vermək istəyir. Vəfa uşaqlarının atası olan Ayaz adlı şəxsin 6 ildir bu qruplaşmanın üzvü olduğunu bildirir. Qızın hazırda 12 yaşı var. Ata qızının 13 yaşı tamam olduqdan sonra dindar birinə ərə verəcəyini bildirib. Qızının talehindən narahat olan ana "Səni axtarıram" proqramına gələrək kömək istəyib. O, uşaqlarını qorumaq məqsədilə sığınacağa vermək qərarına gəlib.
"Ölkə.Az" xəbər verir ki, Xoşqədəm Hidayətqızı ata ilə telefon bağlantısı yaradıb. Ayaz Vəfanın iddialarını təkzib edib və uşaqları sığınacağa verilərsə, onları geri alacağını söyləyib.

Vəfa Ayazın telefon bağlantısı zamanı söylədiklərindən əsəbiləşib və onları tanıyanlara səslənərək studiyaya zəng edib bildiklərini söyləmələrini istəyib:

"Ay məni tanıyanlar, efirə bağlanın, bildiklərinizi deyin! 16 il qabaq mənim həyatımı məhv etdilər. İndi istəmirəm qızımın da həyatını korlasınlar. Hanı mənim o imkanlı dayılarım, hanı məni puluma görə tanıyanlar? Hardasız? Qardaşım deyir ki, niyə ora çıxıb bizi biabır edirsən? Onlar mənə lazım olsaydı, mən bura gəlməzdim.
Məni 16 il qbağa qaytarmayın! Mən bu gün 12 yaşında qızımı qoruyuram ki, mənim yaşadıqlarımı yaşamasın. O Ayaz mənim qabağıma hansı yollarla çıxıb, istəmirəm qızımın da başına oyun açsınlar. Mən çox şey deyərəm. Mən atamı da silmişdim. Bağlanın efirə, olduqlarını deyin. Mən bu gün qızımı qoruyacam"!



Vəfanın bu sözlərindən sonra onun 16 il əvvəl insan alverininqurbanı olduğu məlum olub.
Adı gizli saxlanılan 12 yaşlı qız anasının sözlərini təsdiqləyib və atasının ona "səni evləndirəcəm" dediyini söyləyib.


Daha çox xəbər

Şərh yaz