Markizio və həyat yoldaşına silahlı hücum



İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Klaudio Markizio silahlı hücuma məruz qalıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən axşam 4 silahlı soyğunçu keçmiş yarımmüdafiəçinin evinə girib.

Cinayətkarlar Markizio və həyat yoldaşını tapança ilə hədələyiblər. Buna görə də futbolçu onlara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.

Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət