Axtarış...

Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar



Türkiyə Təhsil Nazirliyi "Məktəblərdə cümə namazı" qərarına əlavələr edib.

Millitv.az teleqraf.com-a istinadən xəbər verir ki, "Cümə icazəsi" sənədin qüvvəyə minməsindən üç il sonra qərarın adı "Dərs saatlarının namaz vaxtına görə nizamlanması" olaraq dəyişdirilib.

Əlavə və dəyişikliklər edilən qərarın tətbiqinə başlanıldığı bildirilib.

Yeni qərarda məktəb şagirləri və müəllimlərə namaz üçün vaxt müəyyən edilib. Yəni, bundan sonra Türkiyədə dərs saatları namaz vaxtlarına görə müəyyən olunacaq, ibadətlə məşğul olmaq istəyənlərə icazə veriləcək.

Qərar orta və ali məktəblərdə təhsil alan şagird və tələbələrin valideynlərinin etirazına səbəb olub. Nazirliyə ünvanlanan müraciətlərdə bunun uşaqlarda fiziki və psixoloji problemlərə yol açacağı vurğulanıb.

Sənədi 2016-cı ildə baş nazir olarkən Əhməd Davudoğlu imzalayıb.


Daha çox xəbər

Şərh yaz