Baş Nazir Əli Əsədov ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərarı imzalayıb.
Anews.az-ın xəbərinə görə, bununla bağlı qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:
- şagird sayı 1 000-dək olduqda, 1 vahid;
- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;
- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.
Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.