"Görünür texnika da öhdəsindən gələ bilmir" -İtkin pilot 14 gündür niyə tapılmır?



İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevdən artıq 14 gündür ki, xəbər yoxdur.

Yenixeber.org: Rəşad Atakişiyevin qaynatası olan politoloq Qabil Hüseynli saytımıza açıqlamasında hava şəraitinə baxmayaraq pilotun axtarışlarının davam etdiyini deyib:

“Dənizdə güclü dalğaların olmasına baxmayaraq, axtarışlar davam edir. Dünən mən özüm də şəxsən orda olmuşam. Türkiyədən gələn dalğıclar da sürətli işləyirlər. Axtarışlar bir an olsun dayanmır.

Düşmə yerinin bilinməməsi, radarlardan itməsi onun tapılmamasının əsas səbəbidir. Müxtəlif texniki məlumatlara və onlarla birgə qalxan təyyarəçilərin məlumatlarına əsasən onun yerini müəyyənləşdirməyə çalışırlar.

Dənizin dibi qayalıqdır, çox mürəkkəb dəniz şəraiti var. Xəzər dənizinin bu qədər şıltaq və dalğalı olduğunu bilmirdim. Üzü Nabrana getdikcə dəniz çox təhlükəli hal alır. Görünür texnika da öhdəsindən gələ bilmir. Amma mən ümidvaram ki, qara qutunu da, pilotu da tapacaqlar. Pilotun nəşini də tapacaqlar, işi sona yetirəcəklər".(yenisabah)
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət