Prezidentdən gənclərə MÜHÜM ADDIM (SƏRƏNCAM)



Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident Mükafatı veriləcək.

Anews.az-ın məlumatına görə, bununla bağlı Prezident ilham Əliyev "Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.


Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilir.
Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət