Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilən şəxslər arasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova da var.
Samayə Məmmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Samayə Məmmədova Modern.az-a açıqlamasında prezidentin sərəncamını yüksək qiymətləndirdiyini deyib.
“Cənab prezidentimiz dövlət qulluqçularını təltif edib. Təltif olunanlar arasında mən də varam. Ümumilikdə Gənclər və İdman Nazirliyindən 5 nəfər dövlət qulluqçusu təltif olunub. Bir daha başda cənab prezidentimiz olmaqla, hər kəsə minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun”.