"Sabah"ın hazırlıq planında dəyişiklik

"Sabah"ın hazırlıq planında dəyişiklik

"Sabah"ın yay hazırlıq planında dəyişiklik edilib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, "Sabah" növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda olacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Oxşar xəbərlər
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət