Artıq bədən çəkisi ilə gedən Ağciyərlərin Xroniki Obstruktiv Bronxiti olan xəstələrdə ürəkdaxili hemodinamikanın pozulması .

Artıq bədən çəkisi ilə gedən Ağciyərlərin Xroniki Obstruktiv Bronxiti olan xəstələrdə ürəkdaxili hemodinamikanın pozulması .

Ağciyərlərin Xroniki Obstuktiv Xəstəliyi (ACXOX) əsasən əmək qabiliyyətli əhali arasında yayılması və bu patologiyanın başqa xəstəliklərlə komarbidliyi baxımından səhiyyənin aktual problemlərindən biridir.Ümumilikdə ACXOX-dan ölüm halları 4-cü yerdədir və bu da ümumi ölüm hallarının 4%-ni təşkil edir.
Piylənmə müasir cəmiyyətin ciddi tibbi-sosial və iqtisadi problemidir.Piylənmənin aktuallığı onun geniş yayılması ilə əlaqədardır.Yer kürəsi əhalisinin 7%-i piylənmədən əziyyət çəkir.Azərbaycanda əmək qabiliyyətli əhalinin 30-40%-nin piylənməsi,25-30%-nin artıq çəkisi vardır.ÜST ekspertlərinin proqnozuna görə xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaqdır.
ACXOX-lu xəstələrdə metabolik sindrom ÜDS patologiyası riskini artırır.Bu isə həmin şəxslərdə iş qabiliyyətini aşağı salır,koronar ateroskleroz inkişaf edir,sol mədəciyin diastolik funksiyası pozulur.Miokardın sərtliyi artır,sol və sağ mədəciyin funksiyası sinxron pozulur.ACXOX-lu xəstələrin demək olar ki,50%-də ÜDS xəstəlikləri rastlanır.ACXOX zamanı ölüm hallarının baş verməsində 1-ci yerdə kəskin tənəffüs çatışmazlığı durursa,2-ci yerdə ürək ritminin pozulması ,ÜİX,ürək çatışmazlığı durur.
ACXOX-lu xəstələrdə ürəyin sağ şöbərinin hemidinamik göstəricilərinə xüsusilə fikir vermək lazımdır.Pulmonar hipertenziya ya ağciyər arteriyası sistemində arterial təzyiqin birincili qalxması ,ya da ağciyər venaları və ağciyərlərin kapilyar damarlarında təzyiqin artması səbəbindən inkişaf edə bilər.İstirahətdə ağciyər arteriyasında orta təzyiqin 25mm c süt.dan yüksək olması Pulmonar hipertenziya adlanır.Ağciyər arteriyasında təzyiq Exo-Kq müayinəsi vasitəsilə təyin olunur,Pulmonar Hipertenziyanın diaqnostikası üçün standart müayinə üsulu –ürəyin sağ şöbələrinin kateterizasiyası hesab olunur.Pulmonar hipertenziya vaxtında aşkarlanıb müalicə olunmadıqda ölümlə nəticələnə bilən bir xəstəlikdir.Əksər hallarda ölümün səbəbi aşağı tənəffüs yollarının xroniki xəstəliyi olmuşdur.Mortaliteyə səbəb kimi ikinci yerdə isə ağciyər hipertenziyasının özü olmuşdur.
Pulmonar hipertenziyanın proqnozu müxtəlifdir və əsasən ağciyər hipertenziyasının ağırlıq dərəcəsi və növündən asılıdır.

Aytən Musayeva
Elmed Tibb Mərkəzinin kardioloqu,
Azərbaycan Respublikası
Həkimləri Təkmilləşdirmə İnstitunun doktorantı
Oxşar xəbərlər
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət