Alkoqol qəbulu ucbatından hər il dünyada 3 milyon insan ölür.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat bu göstəricinin SPİD-dən və avtomobil qəzalarında ölənlərdən çox olduğunu bildirib:
“Spirtli içkilər hər 20 ölümdən 1-nin səbəbidir. Alkoqol ürək-damar sistemində xəstələklərin, serroz və bir sıra xərçəng xəstəliyinin növlərinin yaranmasına şərait yaradır. Alkoqol həmçinin vərəm, HİV və pnevmoniya xəstəliklərinə yoluxma riskini də artırır”.
ÜST-nin məlumatına əsasən, alkoqoldan dünyasını dəyişənlərin dörddə üçü kişilərin payına düşür:
“Hazırda dünyada 237 milyon kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. Orta hesabla 2,3 milyard insan hər gün 33 qram təmiz spirt qəbul edir”.
Millitv.az