Axtarış...

"Bayaq tələsirdin, indi get 2 ay da gözlə..." - GİLEY

"Bayaq tələsirdin, indi get 2 ay da gözlə..." - GİLEY

Prezident cənab İ.Əliyevə,
Ədliyyə naziri cənab F.Məmmədova,
Məhkəmə Hüquq Şurasının sədrinə,-
Ombudsman Aparatının rəhbərinə

Absheron RAYON MƏHKƏMƏSİNin sədrinə


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan İddiaçı Əliyeva Sevda Xudaverdi qızı tərəfindən

“Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamenti 0165128 N-li, 14 may tarixli əsassız AKTın ləğv edilməsi barədə məhkəməyə təqdim etdiyim iddia ərizəsi barədə
Ə R İ Z Ə


Mən Cavabdeh kimi “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamentinə qarşı “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamenti 0165128 N-li, 14 may tarixli əsassız AKTın ləğv edilməsi barədə iddia ərizəsi yazıb Abşeron rayon Məhkəməsinə təqdim etmişdim. Lakin Məhkəmədən bildirdilər ki, sizin iş 645 \ 18 N-ilə hakim Sevinc Quliyevanın icraatına qəbul edilmişdir. Lakin aradan 2 aya yaxın vaxt keçsə də bizi məhkəməyə dəvət edən olmamışdır. Buna görə də hər ay qaza görə yüklədiyimiz pulun yarısı cəriməyə tutulur. Belə getsə bizim məhkəməyə müraciət etməyimizin heç bir anlamı qalmır. Məsləilə bağlı 14 dekabr tarixli müraciətimdən sonra bu gün Abşeron rayon Məhkəməsindən hakim S.Quliyevanın köməkçisi məni dəvət etmiş və bəzi iradlarını bildirərək onları aradan qaldırmağı və yenidən məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İradlar bunlardır: 1. Yaşadığım yer üzrə ünvan dəqiqliklə qeyd edilməlidir. Arayış: yaşadığım balaca qəsəbədə küçə və prospekt olmadığından ünvan həmişə belə yazılıb.2. Məhkəmədən xahiş hissədə qətnamə sözü əvəzinə qərar qəbul etməyimiz yazılıb. 3. iddia ərizəsi sözünün altında bir balaca boş yer saxlanılb, şəxsiyyət vəsiqəsinin sürəti əlavə edilməlidir və s. boş boş iradlar. Bildirildi ki, indi ilin axırıdır və bizim yalnış hesabatlar yazmağa vaxtımız gedir. Siz də bu düzəlişləri edin və yenidən ərizənizi təqdim edin. Biz də fevralın 4-5 -dən işə baxarıq. Bu iradlara onu bildirmək istəyirəm ki, MPM-də belə nöqsanlara görə ərizə 2 aydan sonra geri qaytarılmır. Və 2 aydan sonraya vaxt təyin edilmir. Doğrudur, mən hakimin süründürməçiliyinə görə sizlərə etdiyim şikayətə görə hakim S.Quliyeva yenə də öz ampulasında qalaraq süründürməçiliyin kvadratına yüksəlmişdir. Yəni, demək istəyir ki, "Bayaq tələsirdin, indi get 2 ay da gözlə." Hələ məlum deyil ki, yenə nə "çatışmazlıq" tapıb ərizəmi 2-ci dəfə geri qaytaracaq.
Bildirmək istəyirəm ki, mənim vəkil tutmağa pulum olmayıb, ilk dəfədir ki, məhkəməyə ərizə verirəm. Ola bilər ki, hakimin 1%-i qədər savadım olmayıb. İradları da qəbul edirəm. Ona görə də cənab Ədliyyə nazirindən xahiş edirəm ki, yaxşı olardı ki, qadın hakim Sevinvc xanım bizdən inciməsin, biz kasıb adamlarıq. "Qaz quldurları" tək bizi deyil kütləvi olaraq vətəndaşları əsassız cərimələrilə "yükləyirlər" İndi də dərhal cəriməni ödətdirirlər. çörəyə verməyə pul tapmırıq. məhkəməyə üz tutmuşuq ki, ədalətli qətnamə qəbul etsin, canımız qurtarsın. Amma hələlik əksini görürük.Və heç inanmıram ki, hakim S.Quliyeva bizim işimizə bu hikkəilə ədalətli baxa. Ona görə də xahiş edirəm ki, Abşeron rayonun digər ədalətli hakimlərindən birinə bizim iddiamızın icraata götürülməsilə bağlı göstəriş verəsiniz. Sağ olun.

İddiaçı: Sevda Əliyeva (tel. 051 972 99 86)

tarix: 20 dekabr 2018-ci il.

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq..



Şərh yaz