Axtarış...

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi - “Qəzəllər”

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi - “Qəzəllər”

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin yeni - "Qəzəllər" layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçirildi.

Milli.Az xəbər verir ki, konsertdə televiziya muğam müsabiqələrinin qalibləri - Elgiz Əliyev, Sədəf Budaqova və Qızılgül Babayevanın ifasında Nəsiminin qəzəllərindən ibarət "Rast" dəstgahı səsləndi.

Müşaiyət edirdi "Muğam" ansamblı: tarda Səxavət Məmmədov, kamançada Toğrul Orucov, qanunda Safura Məmmədova, balabanda Həsən Ağayev, nağarada Ağa Əliyev, udda Vasif Yusifli.
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi və gur alqışlarla qiymətləndirildi.

Beynəlxalq Muğam Mərkəzində konsertlər və möhtəşəm layihələr davam edir. Beynəlxalq Muğam Mərkəzində "Qreqori Mareta" caz qrupunun (ABŞ) konserti keçiriləcək.

Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.


Daha çox xəbər

Şərh yaz