Axtarış...

"Qalatasaray" Şehiçi transfer edə bilər

"Qalatasaray" Şehiçi transfer edə bilər

Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

Millitv.Az report.az-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir.

Şehiçin komandadan ayırlacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən İbrahim Şehiç azad agent kimi "Erzurumspor"a keçib.



Şərh yaz